futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın daha iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Futbolpress.az xəbər verir ki, 60 kq çəki dərəcəsində Məhəmmədəli Aşırəliyev ispaniyalı Brandon Hinea Kollasosu 5:0 hesabı ilə məğlub edib.
70 kq-da mübarizə aparan Nicat Alırzayev isə monteneqrolu Miloş Roqanoviçə üçüncü raundda tam üstünlüklə qalib gəlib.
Beləliklə, hər iki idmançımız yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarış noyabrın 24-də başa çatacaq.