Millinin Fransa və İslandiya ilə oyunu 5 manata

28.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi matçların biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

Qeyd edək ki, İslandiya ilə qarşılaşma noyabrın 13-də, saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью