Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin Offsideplus.az-a müsahibəsi - Yığmamız yoldaşlıq görüşündə Latviya ilə heç-heçə etdi.
Oyunla bağlı təəssüratlarınız necədir? - Pis oynamadıq. Komanda şəklində mübarizə apardıq.
Öz-özümüzə söz vermişdik ki, ilk növbədə qol buraxmayaq. Eyni zamanda əlimizə düşən fürsətlərdən yararlanmağa çalışdıq.
Fərqlənmək üçün heç də az şansımız olmadı. Rəqib qapısı önündə 2 real qol epizodu yaratdıq.
Düşünürəm ki, bu şanslardan yararlansaydıq, qalib gələ bilərdik. Qələbə sayəsində xalqımızı sevindirməyi çox istəyirdik. Məşqçimiz təzədir.
Bizə müəyyən taktiki gedişləri, oyundakı problemləri göstərir. Bizdən necə futbol gözlədiyini başa salır.
"5"-li taktika (5-3-2 sxemi - red) ilə oynayırıq. Buna yenilik demək olar. Çünki əvvəllər arxa xəttdə 5 yox, 4 müdafiəçi yer alırdı.