Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiyanın “Varajdin” klubunun futbolçusu Rüfət Abdullazadə yenidən Azərbaycana qayıda bilər.
Futbolpress.az xəbər verir ki, ötən mövsümün ikinci dövrəsini “Zirə”də keçirən cinah oyunçusu “Sumqayıt”ın diqqət mərkəzindədir. “Kimyaçılar” sabiq futbolçusunu qaytarmağı planlaşdırır.
Rüfətə “Qəbələ”dən də maraq var.
Abdullazadə “Zirə” formasıyla Premyer Liqada 7 oyuna çıxıb.
O, daha əvvəl Azərbaycanda “Səbail” və “Sumqayıt”ın formasını geyinib.
Rüfət Azərbaycan yığmasının da üzvüdür.
Şahin Cəfərov