Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda "Vlajniya" ilə qarşılaşıb.
Matç bərabərliklə başa çatıb – 1:1.
Zamiq bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
"Eqnatiya" 13 turdan sonra 20 xalla 3-cü sıradadır və lider "Partizani"dən 4 xal geri qalır.