Millinin futbolçusuna təkliflər var

30.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin futbolçusu Mert Çelik “Səbail”dən ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 24 yaşlı cinah müdafiəçinin müddəti bitən müqaviləsi uzadılmayacaq. Mert klub I Liqaya yuvarlandığı üçün ayrılıq qərarı verib.

Cinah oyunçusu ilə Türkiyə I Liqası və Azərbaycan Premyer Liqası klubları maraqlanır. Mertin ilkin seçimi burda qalmaq olacaq. Daha yaxşı təklif olacağı halda isə Türiyəyə üz tutacaq.

Mert daha əvvəl Azərbaycanda “Neftçi”də də çıxış edib. O, 2024-cü ilin iyulunda “Başakşəhər”dən “Səbail”ə keçib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью