Millinin heyətində itki

13.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin heyətində Lixtenşteynlə qarşılaşma öncəsi məcburi dəyişiklik baş tutub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yığmanın 23 nəfərlik siyahısında yer alan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən komandanın düşərgəsini tərk etməli olub.

Xatırladaq ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində təşkil olunacaq Lixtenşteyn – Azərbaycan görüşü bu gün Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçda yığmamız müdafiə xəttindəki bu itki ilə mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью