Millinin iki oyun üçün heyəti açıqlanacaq bu gün

13.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bu gün, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью