Millinin kapitanı: Dünya çempionatının qalibi olmağı çox istəyirəm

19.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Komandada müsbət yöndə dəyişikliklər var".

İdman.biz xəbər verir ki, bunu Minifutbol üzrə Azərbaycan millisinin kapitanı Elvin Əlizadə Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, komanda yarışa tam hazırdır: "Bəzi oyunçular dəyişilib, yığmamız daha da güclənib. Fikrimcə, bunun nəticəsini görəcəyik. Komanda daxili vəziyyət də yaxşıdır. Heç bir çətinliyimiz yoxdur. Dünya çempionatının qalibi olmağı çox istəyirəm. Ümid edirəm ki, buna nail ola biləcəyik".
Qeyd edək ki, mayın 21-dən iyunun 1-nə qədər Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupda yer alacaq.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью