Millinin kapitanı: Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik

10.06.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin kapitanı Vüqar Bayramov Avropa Liqasındakı mübarizəni dəyərləndirib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasına açıqlamasında ilk iki oyunla bağlı təəssüratlarını bölüşüb:

"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha 4 vacib oyun gözləyir. Hazırda səhvləri və çatışmazlıqları diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandanın əsl potensialını ortaya qoya biləcəyik".

Qeyd edək ki, komanda Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.

Avropa Liqası: Millimiz İsveçə məğlub oldu Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub "Gəncə"nin voleybolçusu Ukrayna millisində Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью