Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina milli komandasının sabiq futbolçusu Antonio Rattin vəfat edib.
Futbolpress.az xəbər verir ki, mərhum oyunçu 89 yaşında dünyasını dəyişib. Bu barədə futbolçunun uzun illər formasını geyindiyi “Boka Xuniors” klubunun mətbuat xidməti məlumat yayıb.
Rattin Argentina millisində 32 oyuna çıxıb. O, 1962 və 1966-cı illərdə keçirilən dünya çempionatında yığmanın aparıcı üzvlərindən olub.