futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.
Futbolpress.az xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq. Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.
Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş “Sentineri” stadionunda təşkil olunacaq.
Komandamız oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun “Sentineri” stadionunda keçiriləcək.
Nr. Adı / Soyadı Klub 1 Sirac Quluzadə Qarabağ FK 2 Qabil Həzizadə Sumqayıt FK 3 Rəvan Rüstəmov Sabah FK 4 Ayxan Əliyev Sabah FK 5 Zeyd Çodarov Qarabağ FK 6 Sənan Zeynallı Qarabağ FK 7 Rasim Əliyev Ulduz FA 8 Amal Şıxkərimzadə Sabah FK 9 Kənan Səfiyev Ulduz FA 10 Kamil Bədirxanlı Qarabağ FK 11 Muhəmməd Hümbətzadə Ulduz FA 12 Ayxan Rüstəmli Ulduz FA 13 Hüseyn Novruzlu EFA 14 Nihat Bəylərli Ulduz FA 15 Zəfər İbrahim Qarabağ FK 16 Cəbrayıl Əkbərov Ulduz FA 17 Cavid Allahverdi Qəbələ İK 18 İmran Seyidbalayev Sumqayıt FK 19 Yusif Ağayev Sabah FK 20 Onur Əmirzadə Neftçi PFK