Millinin məşqçisi Azərbaycan çempionatının nəticələrini dəyərləndirib | Icma.az
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Yunan-Roma güləşi yığmasının məşqçisi Həsən Əliyev Azərbaycan çempionatının nəticələrini
O, “Report”a açıqlamasında əsasən nəticə gözlənilən idmançıların önə çıxdığını bildirib.
Mütəxəssis şənbə günündən təlim-məşq toplanışına başladıqlarını söyləyib: “Əslində fərqli nəsə görmədik. Gözlədiyimiz uşaqlar nəticə verdi.
Zədə ilə bağlı əsas idmançılardan bəziləri güləşə bilmədi, bəziləri isə hərbi xidmətdən yeni gəldikləri üçün hazır deyildilər.
Şənbə günündən təlim-məşq toplanışına başlamışıq. Fevralda Xorvatiyada turnir olacaq. Uşaqları yoxlamaq üçün oraya gedəcəyik”.
O, çempionatda diqqət çəkən güləşçilərin olduğunu vurğulayıb: “Diqqət çəkən simalardan biri 60 kq çəki dərəcəsində yarışan Hüseyn Qəribov oldu.
Ötən il 55 kq-da mübarizə aparırdı. Bu il isə 60 kq-da çempion oldu. Böyüklərin yarışında nəticə verdi.
Onu xaricdəki turnirə aparıb-aparmayacağımızla bağlı baş məşqçi qərar verəcək. Tam hazır olub-olmadığını deyə bilmərəm.
Tam oxu
Xəbəri oxu