Millinin oyunçusu ABŞ də

23.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın “Renn” klubunun və İsveçrə milli komandasının hücumçusu Bril Embolo karyerasını Şimali Amerikada devam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı forvard MLS təmsilçisi “Atlanta Yunayted”lə 2029/30 mövsümünün sonunadək müqavilə imzalayıb. Bu barədə məlumatı ABŞ təmsilçisinin rəsmi saytı yayıb.

Xarici mətbuatın iddiasına görə, Şimali Amerika klubu bu keçid üçün “Renn”ə 17 milyon avrodan bir qədər artıq məbləğ ödəyib.

Ötən mövsüm “qırmızı-qaralar”ın heyətində bütün turnirlərdə 34 matça çıxan təcrübəli hücumçu 10 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. İsveçrə yığmasının şərəfini qoruyan Embolo milli formada keçirdiyi 92 qarşılaşmada 26 dəfə fərqlənib ki, bunlardan 2-si DÇ-2026-nın payına düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью