Icma.az, Qol.az saytına istinadən bildirir.
Millinin oyunlarını buraxa bilər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Nyukasl”ın müdafiəçisi Tino Livramentonun İngiltərə millisinin qarşıdakı oyunlarını buraxacağı gözlənilir.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu son məşqdə narahatlıq hiss edib. O, “Hall Siti” ilə oyundan əvvəl keçirilən məşq zamanı zədələnib. “Nyukasl”ın baş məşqçisi Matthias Yaysle Livramentonun MRT müayinəsindən keçəcəyini bildirib.
Qeyd edək ki, bu, futbolçunun son aylarda yaşadığı ikinci zədə problemi ola bilər. Livramento yayda baldırındakı zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxıb. O, bərpa olunduqdan sonra “Nyukasl”ın heyətində cəmi iki oyunda meydana çıxıb.