Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Avstriyadan olan referilər idarə edəcək.
Baş hakim Kristian Petru Cioçirca olacaq. Ona yan xətt referilər Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.
VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam olacaq.
Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Milli qrupda ilk oyunda Litva ilə heç-heçə edib – 1:1.