Millinin oyunu norveçli və almanıyalı hakimə tapşırıldı

13.01.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində keçiriləcək Azərbaycan – Yunanıstan oyununun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, fevralın 4-də baş tutacaq qarşılaşmada iki ölkə təmsilçiləri ədaləti qoruyacaq.

Bakıdakı matçın 1-ci hakimi norveçli Telmen Undrah olacaq. Ona almaniyalı Yakob Pavlovski və həmyerlisi Daq Erik Tanqvik kömək edəcəklər. Matçın hakim-inspektoru Sreten Vasiç (Serbiya), UEFA nümayəndəsi Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayındakı oyun saat 20:00 başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью