Millinin oyununun başlama vaxtı ilə bağlı yeni məlumat | Icma.az
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə “Liv Bona Dea Arena”da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi.
Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu