futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiyaya qarşı keçirəcəyi səfər qarşılaşmasının ədalət təmsilçiləri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, UEFA oyunu Norveçdən olan hakimlər briqadasına tapşırıb.
Qarşılaşmanın baş hakimi Matiyas Stöfrinqshauq olacaq. Ona yan xətlərdə həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.
Şotlandiya U-21 – Azərbaycan U-21 matçı sentyabrın 30-da Kilmarnok şəhərindəki “Reqbi Park” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Gənclərdən ibarət yığmamız seçmə mərhələdəki son sınağında Çexiya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Həmin oyunda komandamızın yeganə qolunu Eşqin Əhmədov rəqib toruna keçirib.