Millinin oyununun yeri dəyişdirildi

22.08.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью