Millinin qapıçlarından fərqli məşq üsulu

13.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Millinin qapıçlarından fərqli məşq üsulu

Səudiyyə Ərəbistanı millisinin qapıçıları Məhəmməd Əl-Oveys və Nəvaf Əl-Akidi məşq zamanı fərqli hazırlıq üsulu ilə diqqət çəkiblər.

QOL.az xəbər verir ki, hər iki qapıçı refleks və vizual reaksiya qabiliyyətini inkişaf etdirmək üçün xüsusi yüksək texnologiyalı eynəklərdən istifadə edib. Bu cihazlar qısa müddətli və sürətli vizual siqnallarla qərarvermə sürətini artırmağa yönəlib.

Bildirilir ki, bu metod böyük turnirlərdə qapıçıların saniyənin çox kiçik hissəsində qərar verməsini simulyasiya edən müasir hazırlıq proqramının bir hissəsidir. Oxşar texnologiyaların artıq bir sıra elit səviyyəli qapıçılar, o cümlədən Manuel Noyer tərəfindən də istifadə olunduğu qeyd edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisinin məşqçilər korpusu bu üsulla komandanı H qrupunda yer alan Uruqvayla oyuna maksimum səviyyədə hazırlamağı hədəfləyir. Qapıçıların əsas diqqəti yaxın məsafədən zərbələr, təkbətək epizodlar və sürətli hücumlara reaksiya üzərində cəmlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью