Millinin rəqibində məcburi dəyişiklik

20.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparan Litva yığmasının heyətində məcburi dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, daxili çempionatda keçirilən qarşılaşmada zədələnən Dominikas Barauskasın əvəzinə “Banqa” klubunun müdafiəçisi Deividas Maljinskas komandaya çağırılıb.

Litva U-21 millisinin sabiq üzvü olan Maljinskas əsas milli komandaya ilk dəfə dəvət olunur. O, cari mövsümdə ölkə çempionatında keçirdiyi 25 oyunda 3 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə ilə diqqət çəkib.

Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn, oktyabrın 4-də isə yenidən Litva seçməsi ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью