Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Slovakiya yoldaşlıq oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda San Marino ilə qarşılaşıb. Matç slovakların qələbəsiylə başa çatıb – 4:0.
Azərbaycan yığması Millətlər Liqasının C Liqasında Slovakiya, Estoniya və İsveçlə mübarizə aparacaq.