Millinin rəqibinin heyəti bilindi

27.06.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 4-də və 5-də millimizlə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Qoran Melher 18 futzalçını toplanışa dəvət edib. Komanda noyabrın 2-də oyunların keçiriləcəyi Zenica şəhərində toplaşacaq. Rəqibin heyəti:

Darko Milanoviç (Bubamara), Dejan Pavloviç (Brod), Sejad İbrişimoviç (Bubamara), Davor Arnautoviç (Mostar), Adnan Kalajdiç (Mostar), Dragan Edi Mariç (Mostar), Srdan İvankoviç (Torpedo, Rusiya), Marijo Aladziç (Mostar), Josip Sesar (Vrgoraç, Xorvatiya), Bilal Jeliç (Mostar), Josip Başkoviç (Vrgoraç, Xorvatiya), Amer Deliç (Sloga Qornji Vakuf/Uskoplje), Amir Baruçij (Mostar), Samir Qosto (Bubamara), Edvin Bosniç (Bubamara), Senad Poraçanin (Vrgoraç, Xorvatiya), Muanis Duvnjak (Sarayevo), Faruk Brkaniç (Sarayevo).

Qeyd edək ki, səfərə komandamız noyabrın 3-də çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью