Millinin revanş arzusu

12.11.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiya ilə qarşılaşacaq. 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

Azərbaycan yığması buna qədər bu rəqiblə iki dəfə qarşılaşıb. İlk görüş 2008-ci ilə təsadüf edib. Reykyavikdə baş tutan yoldaşlıq oyununda bərabərlik qeydə alınıb.

Komandalar arasındakı sonuncu duel isə bu ilin sentyabrında olub. Milli Fernandu Santuşun rəhbərlik etdiyi dönəmdə məhz Reykyavik şəhərində islandlara 0:5 hesabıyla darmadağın olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью