Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə millisinin sabiq futbolçusu İsmail Köybaşı karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə cinah müdafiəçi özü açıqlamasında deyib. O, “butslarını asdığını” bildirib.
36 yaşlı futbolçunun son klubu “Göztepe” olub. O, daha əvvəl “Beşiktaş” və “Fənərbağça”da da çıxış edib. Müdafiəçi Türkiyə yığmasında 28 oyuna çıxıb.