Millinin sabiq futbolçusu I Liqa klubunu çalışdıracaq | Icma.az
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Türkiyənin “Amed” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisinin sükanı Sərvət Çətinə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən Ersun Yanalı əvəzləyib. Çətin daha əvvəl “Sivasspor”a rəhbərlik edib.
Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu olan Sərvət 2023-cü ilin dekabrından işsiz idi.
“Amed” I Liqada 11 turdan sonra 13 xalla 20 komanda arasında 18-ci sıradadır.
Əsas xəbərlər, Ölkə futbolu Türkiyə klubu Dadaşovdan imtina etdi 29 İyun 2024, 12:04 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu