Millinin sabiq futbolçusu “Sabah”dan ayrıla bilər

02.06.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Namik Ələskərov “Sabah”dan ayrıla bilər.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi “bayquşlar”la iyunun sonunda müddəti başa çatacaq müqaviləni uzatmaq niyyətində deyil

Ələskərov daha çox oynayacağı komandaya keçmək istəyir.

30 yaşlı futbolçu 2022-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, bu mövsüm Premyer Liqada 22, Azərbaycan Kubokunda isə 2 oyunda meydana çıxıb.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью