Millinin sabiq futbolçusu silahlı hücuma məruz qaldı

26.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Arsenal”ın və Danimarka millisinin sabiq futbolçusu Niklas Bendtnerə hücum edilib.

Futbolpress.az xəbər verir ki, hadisə noyabrın 20-də Nyu Yorkda baş verib. Bendtner və iki dostu küçəcə gəzərkən onlara bıçaqlı hücum olub.

Sabiq futbolçu zədədən xilas olsa da, 55 yaşlı dostu kürəyindən bıçaq xəsarəti alıb. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb. Nyu York polisi hadisəni törədən 25 yaşlı gənci saxlayıb.

Bendtner hücumu təsdiqləsə də, əlavə danışmaq istəməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью