Millinin sabiq futbolçusu yayda karyerasını bitirəcək

19.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçika millisinin və "Tottenhem"in sabiq futbolçusu Tobi Alderveyreld mövsümün sonunda karyerasını bitirəcək. Sport24.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özü açıqlama verib.

Hazırda "Antverpen"də çıxış edən Tobinin klubla sözləşməsi 2025-ci ilin yayında başa çatacaq. Müdafiəçi daha əvvəl "Atletiko", "Tottenhem", "Ayaks" kimi klublarda forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью