Millinin sabiq futbolçusunun yeni vəzifəsi açıqlanıb

10.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Mərakeş yığmasının sabiq futbolçusu Mehdi Benatianın Fransanın “Marsel” klubundakı yeni vəzifəsi açıqlanıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq müdafiəçi Marsel təmsilçisində futbol direktoru vəzifəsinə təyin olunub.

O, buna qədər idman məsləhətçisi kimi çalışırdı.

Qeyd edək ki, M.Benatia 2021-ci ildə karyerasını bitirib. “Yuventus”, “Roma” (hər ikisi İtaliya), “Bavariya” (Almaniya) kimi klublarda forma geyinmiş sabiq müdafiəçi 2023-cü ildən Fransa təmsilçisinin İdarə Heyətində yer alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью