Millinin sabiq hücumçusu 6 cı liqa klubunda

15.07.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Endi Kerrollun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, o, “Dagenem”ə keçib. Bu barədə 6-cı liqa klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı hücumçu ötən mövsüm “Bordo”do çıxış edib. O, 23 matçda 11 qol vurub.

Kerroll karyerası ərzində “Nyukasl”, “Liverpul”, “Vest Hem” kimi klublarda forma geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью