Millinin sabiq məşqçisi oğluna toy edir

17.11.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

21 yaşadək futbolçulardan ibarət millimizin sabiq məşqçisi Babək Alxasovun ailəsində xeyir iş olacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, veteran futbolçu gələn həftə oğluna toy edəcək. 

Mərasimin tarixi 28 noyabra təyin olunub. Toy "İnci" şadlıq sarayında baş tutacaq.

Qeyd edək ki, noyabrın əvvəlində 53 yaşını qeyd edən Alxasov uzun illərdir aşağı yaş qrupları üzrə müxtəlif milli komandalarımızda, o cümlədən "Kəpəz"də Yaşar Vahabzadənin köməkçisi kimi çalışıb.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью