futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Bakıda basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (Eurobasket) ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib.
Futbolpress.az xəbər verir ki, 25 noyabra qədər davam edəcək təlim-məşq toplanışına baş məşqçi Tahir Baxşıyev tərəfindən dəvət olunan basketbolçular:
Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.
Qeyd edək ki, millimiz qrupda ilk seçmə mərhələ görüşünü 27 noyabr Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniyaya qarşı, ikinci oyununu isə 30 noyabr saat 18:00-da Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.