Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan U-21 millisi Avropa çempionatı seçmə mərhələsi çərçivəsində dünən səfərdə Cəbəllitariq yığmasını məğlub edib – 1:0.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu qələbənin ardından yığma üzvləri mükafatlandırılacaq.
AFFA rəhbərliyi komandanın xal qazandığı oyunlara biganə qalmır. Bu qalibiyyət üçün də komandaya 3000 manat pul mükafatı ayrılıb.
Gənc futbolçular yaxın vaxtlarda vəd edilən “premya”nı əldə edəcək.
Xatırladaq ki, Azərbaycan U-21 millisi 5 oyundan sonra 5 xalla qrupda 5-ci sıradadır.
Həsən Quluzadə