Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu

19.04.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu

Manə Mollayeva və Aytac Şərifova Azərbaycanın qadınlardan ibarət millisinin heyətində 50-ci oyunlarını keçiriblər.

QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki futbolçuya dünən Andorra ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью