Millinin üzvü “Çelsi” yolunda

26.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Çelsi” klubu “Atalanta”nın müdafiəçisi Onest Aanorun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

“Zadəganlar” 18 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıblar. Klublar arasında müzakirələr müsbət məcrada davam edir. Daha əvvəl Marko Palestranın “Çelsi”yə keçidi zamanı tərəflər arasında yaranan sıx münasibətlər bu transferin də gerçəkləşməsini asanlaşdırır.

Sol ayaqla oynayan Aanor həm mərkəz, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilir. Qeyd edək ki, gənc oyunçu 2026-cı ilin iyun ayında İtaliya milli komandasının əsas heyətində debüt edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью