Icma.az, Fanat portalına istinadən məlumat verir.
Azərbaycan həndbol millisinin üzvü Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Həndbol Federasiyasının mətbuat xidməti yayıb.
35 yaşlı oyunçu ötən mövsümü “Bakı” klubunda keçirib. Bu transfer oyunçunun “Qarabağ”a ikinci dönüşü kimi yadda qalacaq.
Əzizov karyerası ərzində “Məhsul” klubunun da şərəfini qoruyub.