Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Ekvador milli komandasının və "LDU Kito" klubunun qapıçısı Qonsalo Valye ölkə paytaxtında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı qolkiper yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə ciddi sanksiyalarla üzləşib.
Bu, futbolçunun ilk bənzər xətası olmadığı üçün ona "cəza paketi" tətbiq edilib.
Q.Valye 1446 ABŞ dolları məbləğində cərimə olunub, sürücülük hüququndan 60 gün müddətinə məhrum edilib və bir müddət intizamsız sürücülər üçün nəzərdə tutulan mərkəzdə saxlanılıb.
Oxunub 30