Millinin voleybolçusu ən yaxşılardan olub

05.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov avrokuboklardakı məhsuldar oyunu ilə fərqlənib. Sport24.az xəbər verir ki, Rumıniyanın "Braşov" klubunda forma geyinən təmsilçimiz CEV kubokunun 1/8 final mərhələsinin ilk oyununun ən yaxşılarından olub.

O, Estoniyanın TTU klubu ilə ev matçında 13 xal yığıb. Melnikov görüşün ikinci ən məhsuldar oyunçusu olub. O, blokda 3 xal toplamaqla hamını qabaqlayıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 17-də Tallinndə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью