Milliyə 15 oyunçu çağırıldı

27.01.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

№ Ad, soyad Klub 1 Emin Kürdov Araz-Naxçıvan 2 Rövşən Hüseynli Astana (Qazaxıstan) 3 Fərid Abbasov Baku Fire 4 Emil Həsənzadə Neftçi İK 5 Xəzər Ağalızadə Araz-Naxçıvan 6 Tofiq Mikayılov Baku Fire 7 Kənan Manafov Baku Fire 8 Oktay Rüstəmli Baku Fire 9 Nihad İsmayılov Baku Fire 10 Fərid Atakişiyev Neftçi İK 11 Ülvi Əliyev Araz-Naxçıvan 12 Mirzə Əmirov Neftçi İK 13 Seymur Məmmədov Klubsuz 14 Nurlan Mehdizadə Baku Fire 15 Cavad Məmmədov Baku Fire
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью