futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzub – 1:3.
Futbolpress.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Səbuhi Abdullazadə matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:
“Hər iki oyunda uduzduq. Məğlubiyyətdən razı qala bilmərik. Amma komanda olaraq maksimumu etməyə çalışdıq. Təəssüf ki, alınmadı”.
Ayxan Abbasovun gəlişindən sonra komandada istəyi, meydanda vuruşmağı aşılayır. Onun nə istədiyini daha yaxşı başa düşürük.
“Milliyə gəliriksə, məsuliyyəti dərk etməliyik. Bayraq, xalq üçün mübarizə aparırıq. Bir dəqiqə oynamaq şansı olsa da, bunu dəyərləndirməliyik”.