Milliyə kimlər çağırıldı?

08.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Milliyə kimlər çağırıldı?

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrda təlim-məşq toplanışı keçəcək.

QOL.az xəbər verir ki, yığma noyabrın 9-dan 15-dək Qəbələdə, 16-dan 21-dək isə Bakıda hazırlıq keçəcək. U-20-nin toplanış çərçivəsində keçirəcəyi yoldaşlıq görüşləri və rəqibləri barədə əlavə məlumat veriləcək.

Millimizin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: Həbib Hüşənov (“Qəbələ”), Aftandil Arıxov (“Sumqayıt”), Elbrus Kərimov (MOİK).

Müdafiəçilər: Uğur Qurbanlı (“Qarabağ”), Rəvan Feyziyev (“Qəbələ”), Murad Qurbanov (“Zirə”), Həzrət Səmədov (“Sabah”), Rəşad Alışov (“Qarabağ”), Vüsal Paşayev (“Sumqayıt”), Əhməd Tarverdiyev (“Sabah”).

Yarımmüdafiəçilər: Nadir Orucov (“Sumqayıt”), İslam Həsənov (“Graficar”, Serbiya), Raul Süleymanov (“Herta”, Almaniya), Pünhan Qasımzadə (“Neftçi”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Anar Hüseynov (“Sabah”), İbrahim Babayev (“Barselona”, İspaniya), Eltun Babazadə (“Şəfa”).

Hücumçular: Nicat Nərimanov (“Brommapoykarna”, İsveç), Əli Bəşirov (“Qarabağ”), Ziya Şəkərxanov (“Qəbələ”), Şahin İbrahimov (“Sabah”), Şahnur İsmayılov (“Kəpəz”), Nihad Orucəli (“Sumqayıt”).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью