Milliyə rüşvət qarşılığında oyunçu çağıran məşqçiyə 20 il həbs cəzası

30.04.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin milli komandasının sabiq məşqçisi Li Ti həbs olunub.

Futbolpress.az xəbər verir ki, o, yığmada işlədiyi vaxt rüşvət qarşılığında heyətə oyunçu çağırdığı üçün 20 il müddətinə azadlıqdan məhrum edilib.

Li 2019-2021-ci illərdə Çin yığmasına rəhbərlik edir. O, bu müddətdə milliyə oyunçu çağırma qarşılığında 6,8 milyon dollara yaxın rüşvət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью