Milliyə seminar keçirildi

07.11.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Avropa çempionatının seçmə mərhələsi öncəsi təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası üçün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığması finala yüksəldi

27 İyul 2024, 22:42

Dünya futbolu, Əsas xəbərlər Hansı oyun, hansı kanalda? – TV

25 İyul 2024, 8:50

Əsas xəbərlər, Ümumi idman Azərbaycan yığması yarımfinala yüksəldi

24 İyul 2024, 21:03

Əsas xəbərlər, Ümumi idman Azərbaycan yığması Avropa çempionu oldu

14 İyul 2024, 22:59

Avro-2024, Əsas xəbərlər Fuenta: “Oyun üçün səbirsizlənirik”

14 İyul 2024, 12:38

Əsas xəbərlər, Ümumi idman Avropa çempionatına start verildi

12 İyul 2024, 16:43

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью