“Milliyet” qəzeti: “Mamagama” qrupu tolerant Azərbaycan modelidir

08.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 8 aprel, AZƏRTAC

Türkiyənin məşhur “Milliyet” qəzeti may ayında Bazel şəhərində keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək “Mamagama” qrupuna həsr olunmuş məqalə dərc edib.

AZƏRTAC xəbərə verir ki, məqalədə qrupun iştirakçılarının etnik tərkibinə diqqət ayrılıb. Qrupun tərkibinə vokalçı Asəf Mişiyev, gitaraçı Həsən Heydər və barabançı Arif İmanov daxildir.

Məqalədə 32 yaşlı dağ yəhudisi, “Mamagama”nı “əsl böyük ailə” və “Tolerant Azərbaycan modeli nümunəsi” adlandıran Mişiyevin sözlərindən sitat gətirilir.

Vokalçı qeyd edir ki, Bakıda dünyaya gəlib və burada da boya-başa çatıb, eyni zamanda, antisemitizmin heç bir təzahürü ilə rastlaşmayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью