Milorad Dodik xəstəxanaya yerləşdirildi

08.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bosniya və Herseqovina əyalətinin bir hissəsi olan Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.

“Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrıları ilə bağlı müayinə olunub, sonra xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.

Onun qida borusu və mədəsindən əməliyyat olunacağı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью