Milorad Dodik xəstəxanaya yerləşdirildi

08.12.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bosniya və Herseqovina əyalətinin bir hissəsi olan Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.
“Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrıları ilə bağlı müayinə olunub, sonra xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Onun qida borusu və mədəsindən əməliyyat olunacağı bildirilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью