Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-nin məşhur otel şəbəkəsi “Hyatt Hotels Corporation”un sədri, milyarder Tomas Pritzker Ceffri Epsteyn ilə əlaqələrinin üzə çıxmasından sonra vəzifəsindən istefa verib.
Pritzker açıqlayıb ki, Epşteynlə əlaqə saxlayarkən “dəhşətli dərəcədə ehtiyatsız” davranıb və idarə heyəti ilə müzakirələrdən sonra yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyini qərara alıb.
“İşim yaxşı idarəetməni təmin etməkdir. Xüsusilə Epşteyn və Gislayn Maksvell ilə əlaqələr kontekstində “Hyatt”-ı qorumaq vacibdir”, – deyə Pritzker bildirib. O, hər iki şəxsin əməllərini qınadığını vurğulayıb.
Qeyd edək ki, Maksvell 2021-ci ildə yetkinlik yaşına çatmayan qızları Epşteynə aparmaqda məhkum edilib, Epşteyn isə 2019-cu ildə həbsdə olarkən ölüb. Pritzker əlavə edib ki, bu il onun 76 yaşı tamam olacaq və şirkət “güclü və dayanıqlı mövqedədir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin