Milyarder nişanlısı ilə evsizlərə 110.5 milyon dollar bağışladı Xəbər saytı Son xəbərlər və Hadisələr

23.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Milyarder Ceff Bezos xeyirxah addımı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o nişanlısı Loren Sançeslə evsizlər üçün 110.5 milyon dollar ianə hədiyyə edib.

Bu yardım 40 fərqli yardım cəmiyyətinə paylanılacaq.

"Evsizlik artdıqca, fərq yaradan şəxslərə və təşkilatlara dəstək olmalıyıq. Hər bir ailə öz evinə layiqdir və biz bunu reallaşdırmaqda rol oynadığımız üçün xoşbəxtik" - deyə, Sançes bildirib.

Xatırladaq ki, "Forbes" jurnalında yer alan məlumata görə, Ceff Bezos 2024-cü ildə 194 milyard dollarlıq sərvəti ilə dünyanın 3-cü ən varlı adamı statusunu qazanıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью